Qaçırdığı avtomobili aşırdı, düşüb qaçdı - BAKIDA

Avtoxəbər 17 Fevral 2017 03:14 Oxunub 1052
Qaçırdığı avtomobili aşırdı, düşüb qaçdı - BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil DYP əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib

Bakıda polisin saxladığı şəxsin cinayət əməli üzə çıxıb. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilindiyinə görə tutulan Murad Heydərovun ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparlıan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Fuad Məmmədova məxsus "VAZ-21011" markalı avtomobili qaçırması, Yasamal rayonu ərazisində idarə edərkən maneəyə vuraraq aşırması və bu nəqliyyat vasitəsini hadisə yerində qoyaraq qaçması müəyyən edilib. Həmin avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.

Araşdırma aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh