Bələdiyyə və icra nümayəndəlikləri yol polisinə kömək edəcək - VİDEO

Yol polisi 17 Fevral 2017 22:34 Oxunub 6326
Bələdiyyə və icra nümayəndəlikləri yol polisinə kömək edəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların diqqətsizliyi qəzaların artmasına səbəb olur

Piyadaların diqqətsizliyi qəzaların artmasına səbəb olur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsi bu cür hadisələrin qarşısının alınmasında kənd icra nümayəndələrinin və bələdiyyələrin rolunu vacib hesab edir. Elə buna görə də həmin orqanlarla bir araya gəliblər. Avtosfer.az ARB TV-yə istinadla xəbər verir ki, Yol Patrul Xidmətinin 8-ci tağımının xidməti ərazisində 2016-cı ildə 22 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 25 nəfər həyatını itirib, 13-ü xəsarət alıb.

YPXA-nın 8-ci tağımın komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, 22 ölüm halından 6-sı piyadanın vurulmasıdır. Bu isə çox ciddi rəqəmdir. Tağım komandirinin sözlərinə görə belə bədbəxt hadisələrin qarşısının alınması üçün piyadaların maarifləndirilməsinə ehtiyac var. Bu işdə kənd icra nümayəndələrinin və bələdiyyələrin də rolu mühümdür. “DİN rəhbərliyinin göstərişləri əsasında xidməti ərazidə yerləşən kəndlərin icra nümayəndələri və bələdiyyə sədrləri ilə görüşdük və maarifləndirmə işində yol polisinə dəstək vermələrini xahiş etdik.” - Etibar İbrahimov vurğulayıb.

Qeyd edək ki, artıq Ucar, Yevlax, Ağdaş və digər rayonlarda bununla əlaqədar maarifləndirici tədbirlər keçirilib. Bu cür addımların davamlı atılacağı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh