Həkim "Range Rover"lə 51 yaşlı kişini vurdu - Bakıda

Qəzalar 17 Fevral 2017 12:00 Oxunub 2494
Həkim "Range Rover"lə 51 yaşlı kişini vurdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol işıqsız və yağıntı səbəbindən sürüşkən olub

Bakıda "Range Rover" 51 yaşlı kişini vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Mərdəkan qəsəbəsi ərazisində 90 CF 101 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobil yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Sadıqov Rasim Böyükkişi oğlunu vurub. R.Sadıqov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücünün avtomobili cərimə meydançasına aparılıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin “Range Rover” markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib.

Qeyd edək ki, “Range Rover” markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh