Qarabağ əlili içkini dərmanla qarışdırıb maşına oturdu, qəza törətdi

Qaydalar 17 Fevral 2017 19:10 Oxunub 2419
Qarabağ əlili içkini dərmanla qarışdırıb maşına oturdu, qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun "Şirvan" kanalına yaxın hissəsində "OKA" markalı əlil maşını arxadan, qarşısında hərəkətdə olan "Tofaş" markalı minik maşınına çırpılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində heç kəs xəsarət almasa da "OKA"nın sürücüsü, 1972-ci ildə anadan olmuş Masallı rayon sakni, 2-ci qrup Qarabağ əlili Abıyev Yalçın Sakit oğlunun sükan arxasında huşsuz vəziyyətdə qaldığı məlum olub. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Koma vəziyyətindədir. Ehtimal edilir ki, sürücünü komatoz vəziyyətinə salan onun içdiyi alkoqollu içki ilə qəbul etdiyi dərmanların bir-birinə qarışması olub. Hazırda Yalçın Abıyevə komadan çıxması üçün zəruri tibbi yardım göstərilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh