Yollarda hoqqabazlıq edən sürücülərimizi siz də tanıyın - VİDEO

Avtoxəbər 18 Oktyabr 2014 02:06 Oxunub 5741
Yollarda hoqqabazlıq edən sürücülərimizi siz də tanıyın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Onlar elə bilirlər ki, bahalı avtomobildə gəzməklə hər şey əldə edə bilərlər»

Avtosfer.az-ın daimi oxucularından biri yol hərəkəti qaydalarını kobud şəkildə pozan, başqalarına təhlükə yaradan, sürücü mədəniyyətinin aşağı səviyyədə olduğunu nümayiş etdirən iki sürücünün videosunu saytımıza göndərib. Adının çəkilməsini istəməyən sürücü həmin görüntülərə öz fikirlərinə də əlavə edib. Videoreqistrator vasitəsilə qeydə alınan görüntülərdə «Mersedes» markalı, 99 GF 856 dövlət nömrə nişanlı avtomobilin öz yolu ilə hərəkət edən digər nəqliyyat vasitəsinin yoluna qəflətən çıxması həqiqətən də təhlükəli anlar yaşatdı: «Videoda qeyd olunan avtomobilin sürücüsünə qiymət verin. DYP qiymət versə daha yaxşı olar. Yol hərəkəti qaydalarından xəbərsiz olan sürücüləri yoldan kənarlaşdırmaq lazımdır. Mənim fikrimcə, həmin sürücünün gözlərində ciddi problem var. Ya da ki, sürücü yolda qəsdən qəza törətmək istəyirdi».

«Prado» markalı, 90 SU 022 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün də kobud davranışı göz qabağındadır. Təhlükəli manevrlər etməklə başqasının yoluna çıxan «Prado»nun sürücüsünün ətrafdakılara saymazyana münasibəti heç də yaxşı hal deyil: «Bu video oktyabrın 15-də Atatürk prospektində qeydə alınıb. Yəqin ki, həmin sürücü bu dövlətin qayda-qanunlarına riayət etməyi özünə rəva bilmir. Həmin sürücülərdən şəhərimizdə həddindən artıq çoxdur. Bu sürücülər kütlə psixologiyası ilə yaşayanlardır. Onlar elə bilirlər ki, bahalı avtomobildə gəzməklə hər şey əldə edə bilərlər. Belələrinə bir sözüm var; heç vaxt var-dövlətləri ilə öyünməsinlər. Çünki həmin var-dövləti, avtomobili bir anın içində itirə bilərlər. Bacarırlarsa insanlıq öyrənsinlər. Təəsüf ki, onu da pul ilə almaq mümkün deyil. Tarix boyu görmüşük ki, insan varlandıqca alicənab olar. Amma təəsüf ki, belə sürücülər haqqında bu fikri söyləmək qeyri-mümkündür. Bir vətəndaş kimi DYP- dən xahiş edirik ki, 90-SU-022 nömrəli «Toyota Prado»nun sürücüsü haqqında tədbir görsün, cəzalandırsın və cəzalanması haqqında məlumatı mətbuat vasitəsilə işıqlandırılsın ki, digərləri də bundan nəticə çıxarsın».

Əslində, oxucunun sonuncu fikrini biz də dəstəkləyirik.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh