Smartfon sahibləri üçün xüsusi işıqfor

Texnologiya 18 Fevral 2017 12:03 Oxunub 1914
Smartfon sahibləri üçün xüsusi işıqfor
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oxşar sistemin sınaqları Avstraliya və Almaniyada keçirilir

Niderlandın Bodeqraven-Reuveyk şəhərində piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə küçələrdə hərəkət edən zaman diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi svetofor quraşdırılıb. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, xüsusi işıqfor yerə diqqətini mobil qurğu ekranından ayıra bilməyən insanların görə biləcəyi parlaq qırmızı və ya yaşıl rəngli zolağı proyeksiya edir. İşıqfor ümumi təhlükəsizlik üçün quraşdırılıb. Çünki avtomobili idarə edən zaman insanların diqqətini yayındıran smartfon bunu yeriyərkən də edə bilər.   Məlumata görə, hazırda yalnız şəhər məktəblərindən birinin yaxınlığında quraşdırılan sistemin tezliklə başqa yerlərdə istifadəyə veriləcəyi gözlənilir. Oxşar sistemin sınaqları Avstraliya və Almaniyada keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh