Ziya Məmmədov vəzifədən getdi: 6 işçisi sürücünü öldürdü - FOTO

Xəbərlər 18 Fevral 2017 13:22 Oxunub 15955
Ziya Məmmədov vəzifədən getdi: 6 işçisi sürücünü öldürdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib"

“Mənim qardaşım, 1971-ci il tarixdə anadan olmuş Məlikov Aydın Sabir oğlunun ölümünə baiskar Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı olub. Ancaq bu cinayət faktını araşdıran yoxdur”

Avtosfer.az xəbər verir ki, bu sözləri politika.az-a Ucar rayonu Qazyan kənd sakini Məlikov Səfa Sabir oğlu yazıb.

http://politika.az/uploads/posts/2017-02/thumbs/1487363290_1.png

Onun sözlərinı görə, qardaşı Səudiyyə Ərəbistanında müqavilə əsasında gəmidə işləyirdi: “Müqavilənin vaxtı bitdiyi üçün 3-4 gün olardı ki, evə gəlmişdi.

06 fevral 2017-ci il tarixdə həyətdə çoxdan saxladığı “Qazel” markalı avtomobilini təmir etdirmək məqsədi ilə ustaya göstərmək üçün Ucar rayonunun mərkəzinə getmişdi.

Rayonun Oğuz küçəsi ərazisində Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı qardaşıma yaxınlaşıb ondan fərqlənmə nişanını tələb ediblər.

Qardaşım onlara bildirib ki, mən yük daşımaqla məşğul olmuram, özümdə Azərbaycana 3 gündür ki, gəlmişəm. Onlar Aydınla yersiz mübahisə etməyə başlayaraq onun üstünə hücum ediblər. Onlar qardaşımı bərk əsəbləşdirdikləri üçün oradaca qardaşımın huşu gedib.

Nəqliyyat Departamentinin əməkdaşları huşsuz vəziyyətdə yerə yıxılan qardaşımın cibini axtarmağa başlayıblar. Yaxınlıqda olan insanların müdaxiləsindən qorxuya düşən həmin azğınlaşmışlar oradan qaçıb uzaqlaşıblar”.

Şikayətçi bildirib: “Ucar Rayon Xəstəxanasına çatdırılan qardaşımın beyninə qansızması aşkarlandığı üçün onu təcili yardım maşını ilə Bakı şəhərinə xəstəxanaya gətirdik.

Burada iki gün həkimlərin səyi nəticə vermədi və qardaşım dünyasını dəyişdi. Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib.

Biz bu barədə 102 xidmətinə zəng edib məlumat versək də, qardaşım Aydının ölümünə bais olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə heç bir tədbir görülməyib. Onların ikisinin - Rəşad Şəfiyev və Anar İsgəndərovun adlarını öyrənmişik.

Bu azğınlaşmış 6 nəfər şəxsin həyatına son qoyduqları qardaşımın iki övladı yetim qaldı. Onlar qanun qarşısında cavab verməli və barələrində cinayət işi başlanılıb həbs edilməlidirlər.

 

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm qardaşım Məlikov Aydın Sabir oğlunun ölümünə səbəkar olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə ciddi tədbirlər görülsün”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh