Benzin istehsalı artıb - Azərbaycanda

Gündəm 18 Fevral 2017 13:15 Oxunub 957
Benzin istehsalı artıb - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DSK-a məlumat yayıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 199,5 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,2% azalıb. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 7,9%, yanacaq mazutunun istehsalı 28,5%, dizel yanacağının istehsalı 17,5% azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Belə ki, neft məhsullarından sürtgü yağlarının istehsalı 75%, neft koksunun istehsalı 80,6%, avtomobil benzininin istehsalı 0,2% artıb. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 75,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar ayı ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 6,7% azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalında 2,4 dəfə, əczaçılıq məhsullarının istehsalında isə 11,7% artıb. Əsas kimya məhsullarından azot istehsalı 1,6%, oksigen istehsalı 92,2%, izopropil spirti istehsalı 3% azalıb. Bununla yanaşı, propilen istehsalı 4,6%, lak-boya məmulatlarının istehsalı 84,6%, etilen istehsalı 13,8 % artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 2,9 dəfə, bərk polipropilen boruların istehsalı 30,9% , plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 6,4 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 3,3 dəfə artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh