Qatar relsdən çıxdı - Ölən və yaralananlar var

Gündəm 19 Fevral 2017 01:32 Oxunub 962
Qatar relsdən çıxdı - Ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralananlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir

Belçikada sərnişin qatarının relsdən çıxması nəticəsində xəsarət alanların sayı 27-yə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Libre Belgique” qəzeti məlumat yayıb. Hadisə Levena şəhərində qeydə alınıb. Üç vaqondan ibarət olan elektrik qatarı relsdən çıxıb. Nəticədə 1 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb. Yaralananlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Qəza nəticəsində qatarların hərəkəti dayandırılıb. İnsidentin baş vermə səbəbləri araşdırılır

Belçikada qatar relsdən çıxdı -  Ölən və yaralananlar var

ŞƏRH YAZ
Ad

E-mail

Şərh