Astarada maşın piyadanı vurdu

Qəzalar 19 Fevral 2017 01:34 Oxunub 955
Astarada maşın piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin sürücüsü yaralını xəstəxanaya çatdırıb

Astara rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Astara şəhər, Qum küçəsində yaşayan 1987-ci il təvəllüdlü Abdullayev Murad Abdulla oğlu rayon mərkəzində, Səməd Vurğun küçəsində "Opel" markalı avtomobili tərəfindən vurulub. M.Abdullayevin yaxınlarının sözlərinə görə, avtomobilin sürücüsü Rahim adlı şəxs yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralıya qapalı kəllə-beyin travması, baş, alın nahiyəsinin əzələ şişi, habelə ayağının bud sümüyünün sınığı diaqnozu qoyulub. M.Abdullayev reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh