Sürücüyə qarşı quldurluq edən tutuldu, başqa cinayətlərinin də üstü açıldı - VİDEO

Avtoxəbər 19 Fevral 2017 01:46 Oxunub 1852
Sürücüyə qarşı quldurluq edən tutuldu, başqa cinayətlərinin də üstü açıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İzi itirmək üçün maşını yarımtikliyə salaraq ətrafını daşla hörüb

Müştəri kimi taksiyə əyləşən şəxs quldurluq edərək avtomobili zorla sürücüdən alıb. Ancaq sata bilmədiyindən izi itirmək üçün maşını yarımtikliyə salaraq ətrafını daşla hörüb. Hadisə Abşeronda olub. Rayon polis idarəsinə ərizə ilə müraciət edən Zaməddin İmanov fevralın 7-də taksi xidməti göstərərkən müştəri kimi ona yaxınlaşan tanımadığı şəxsi avtomobilini quldurluq yolu ilə əldə edərək qaçırdığını bildirib. Məlumat əsasında Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində şübhəli kimi Beyləqan sakini 29 yaşlı Elgün Feyzullayev saxlanılıb. Dindirilmə zamanı cinayət əməlini etiraf edən Elgün Feyzullayevin sözlərinə görə, paytaxtın Nizami rayonu ərazisində dayanmış həmin taksiyə yaxınlaşaraq sürücüdən onu Goradil qəsəbəsinə aparmasını bildirb.  Elgün maşını Goradildə yaşayan qardaşının evinə aparıb. O, fərdi yaşayış evində diqqət çəkməməsi üçün oğurluq avtomobili yarım tikilinin içinə salaraq hər tərəfini daşla hörüb. 

Mehdiabad polis bölməsinin əməkdaşları saxlanılan şəxsin iştirakı ilə avtomobili hasarın içindən çıxarıblar. Abşeron rayon polis idarəsinin əməkdaşları onun daha bir cinayət əməlinin üstünü açıblar. Məlum olub ki, o, qardaşı Elvin, bibisi oğlu Raqib Mirişov və əmisi Vüqar Feyzullayevlə birgə Goradil, Fatmayı və Mehdiabad qəsəbələrində evlərdən də oğurluq ediblər. Adı çəkilən şəxslər də saxlanılaraq istintaqa cəlb ediliblər. Hər iki faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb, istintaq davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh