Türkün maşını qəzaya düşdü, yaralı var

Qəzalar 19 Fevral 2017 03:12 Oxunub 1050
Türkün maşını qəzaya düşdü, yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ 2107” “Dociya” markalı avtomobillə toqquşub

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə yolun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi “VAZ 2107” Türkiyə vətəndaşının idarə etdiyi “Dociya” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh