Avtomobil restorana girdi - 9 yaralı - FOTOLAR

Qəzalar 19 Fevral 2017 09:47 Oxunub 1806
Avtomobil restorana girdi - 9 yaralı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bursada, Osmangazı rayonunda baş verib. Belə ki, minik avtomobilinin restorana girməsi nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə çoxlu sayıda təcili yardım və xilasedici cəlb edilib. Qəzanı törətmiş sürücünün şəxsiyyəti hələ ki müəyyənləşdirilməyib. Yaralılar xəstəxanalara yerləşdirilib. Polis faktla bağlı araşdırmaya başlayıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh