Xüsusi "Dodge Challenger" - FOTO

Avtodünya 19 Fevral 2017 19:00 Oxunub 1558
Xüsusi "Dodge Challenger" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yubiley münasibətilə buraxılan Challenger-dən cəmi 160 ədəd olacaq

Mopar atelyesi 80 illik yubileyi münasibətilə kupe Dodge Challenger-in xüsusi versiyasını hazırlayıb. Yeniliyin əsas fərqləndirici xüsusiyyəti əl ilə rənglənmiş ban, o cümlədən eksteryerin və interyerin məxsusi bəzədilməsidir. Yubiley modifikasiyası üçün tünerlər iki rəng sxemi təklif edirlər (Pitch Black / Billet Silver və Pitch Black / Contusion Blue). Burada kapot, dam və baqaj qapağı qara rəngdə, banın digər hissələri isə gümüşü və ya tünd-göy rəngdə boyanıb. Avtosfer.az auto.az-a istinadən bildirir ki, bu ikiqapılının qabaq qanadlarında 392 rəqəmi yazılıb. Mopar-ın xüsusi versiyası təkmilləşdirilmiş Challenger Hellcat-dan bəzi elementlər alıb (məsələn, sol farada hava çıxıntısı, qaz buraxma sistemi üçün qara borular). Bundan əlavə, modifikasiyada mərkəzində hava çıxıntıları olan Shaker kapotu və 20-düymlük təkər diskləri var. Yubiley münasibətilə buraxılan Dodge Challenger 2017-2018-in interyeri də məxsusi bəzək alıb. Bu kupenin oturacaqlarında kontrast rəngli tikişlər var, söykənəcəklərində isə atelyenin adı yazılıb. Güc aqreqatına gəldikdə isə, Mopar mütəxəssisləri kupeni 6,4-litrlik, 485 a.g. və 644 Nm gücə malik V8 mühərriki ilə təchiz ediblər. Yubiley münasibətilə buraxılan Challenger-dən cəmi 160 ədəd olacaq.

http://img.milli.az/2017/02/17/518535_01.jpg

http://img.milli.az/2017/02/17/518535_03.jpg

http://img.milli.az/2017/02/17/518535_04.jpg

http://img.milli.az/2017/02/17/518535_05.jpg

http://img.milli.az/2017/02/17/518535_06.jpg

http://img.milli.az/2017/02/17/518535_07.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh