Güclü fırtına 4 nəfərin ölümünə və dağıntılara səbəb oldu - VİDEO

Gündəm 19 Fevral 2017 10:16 Oxunub 1064
Güclü fırtına 4 nəfərin ölümünə və dağıntılara səbəb oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasedicilər batmaqda olan avtomobildəki qadını xilas etməyə müvəffəq ola biliblər

ABŞ-ın Kaliforniya ştatının Cənubi Kaliforniya şəhərində güclü fırtına nəticəsində 4 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təbii hadisə zamanı həmçinin Los Ancelesdə və San Dieqoda çoxlu sayda yolları su basıb. Bir sıra şəhərlərdə ötürücü xətlər sıradan çıxıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan bədbəxt hadisələr insan tələfatına səbəb olub. Belə ki, ağacın aşması nəticəsində elektrikötürücü xətləri qırılıb və avtomobilin üstünə düşüb. Nəticədə avtomobilin sürücüsü elektrik cərəyanından dünyasını dəyişib. Bununla yanaşı, güclü yağışlar insanların öldüyü avtomobil qəzasına səbəb olub. Los Anceles yaxınlığında iki avtomobil su ilə dolu olan böyük quyuya düşüb. Xilasedicilər batmaqda olan avtomobildəki qadını xilas etməyə müvəffəq ola biliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh