Avtomobildən oğurluq edildi - Tovuzda

Gündəm 19 Fevral 2017 16:47 Oxunub 923
Avtomobildən oğurluq edildi - Tovuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır

Tovuzda vətəndaşa məxsus avtomobildən oğurluq olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində qeydə alınıb. Hacallı kənd sakini Vahid Məmmədov avtomobilini rayon bazarında işlədiyi müəssisənin qarşısında saxlayan zaman içərisində şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu, sürücülük vəsiqəsi, etibarnamə və sığorta şəhadətnaməsinin olduğu pul qabı oğurlanıb. V. Məmmədov bu barədə Tovuz Rayon Polis şöbəsinə məlumat verib. Zərərçəkən bildirir ki, oğurluq pul məqsədi ilə edilsə də, pul qabında yalnız sənədlər olub. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh