Həm adına maaş yazılır, həm də avtomobili var - Amma xəbəri yoxdur - VİDEO

Xəbərlər 19 Fevral 2017 22:11 Oxunub 3185
Həm adına maaş yazılır, həm də avtomobili var - Amma xəbəri yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ünvanlı sosial yardım üçün müraciət etdikdə onun adına həm avtomobil olduğu, həm də maaş yazıldığı ortaya çıxıb

Həm adına maaş yazılır, həm də avtomobili var. Amma heç birindən özünün xəbəri yoxdur. Goranboyun Yolpaq kənd sakini olan Eldəniz Məmmədov məktəbdə texniki işçi olaraq çalışıb. 2 il əvvəl isə işdən çıxıb və sosial müavinət almaq üçün müraciət edib. Lakin qurumdan gələn cavab onu təəccübləndirib. Ona müavinət verilməsindən imtina edilib və səbəb kimi də adına maaş yazıldığı göstərilib. Bu da azmış kimi adında avtomobil olduğu ortaya çıxıb.

Eldəniz Məmmədo adındakı avtomobillə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət edib. Ona bildirilib ki, bu problem səhvən yaranıb. Həmin maşın eyni ad-soyadlı Şəmkir sakininə məxsusdur.

Maaş məsələsi ilə bağlı isə Yolpaq kənd orta məktəbinin direktoru Arzu Piriyev bildirdi ki, Eldəniz Məmmədov əvvəlki direktorun vaxtında işləyib. Onun əmək müqaviləsinə də işdən çıxdığı vaxtdan xitam verilib. Lakin naməlum səbəblərdən hələ də bazada maaş yazılan kimi görünür. Direktor qeyd etdi ki, Eldəniz Məmmədov yenidən şəxsiyyət vəsiqəsi ilə məktəbə müraciət etsin. Onun sənədləri hazırlanaraq Rayon Təhsil Şöbəsinə göndəriləcək ki, problem həllini tapsın.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh