Evində uşaq olan hər kəs baxsın - Bədbəxt hadisə belə baş verir - VİDEO

Yazarlar 20 Fevral 2017 01:06 Oxunub 4770
Evində uşaq olan hər kəs baxsın - Bədbəxt hadisə belə baş verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün sayıqlığı nəticəsində baş verə biləcək hadisənin qarşısı alınıb

Avtosfer.az-a Bakıda məktəbli uşağın yolda etdiyi hərəkəti əks etdirən video göndərilib. Videodan da göründüyü kimi, yolun sol kənarı ilə axına qarşı hərəkət edən bu azyaşlı uşaq piyada keçidinə çatan zaman qəfildən qaçaraq yolun sağına doğru keçir. Görüntü Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Sürücünün ayıq-sayıqlığı nəticəsində baş verə biləcək hadisənin qarşısı alınıb.

Avtosfer.az bildirir ki, uşaqlar yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olduğuna görə hər bir valideyn evdə öz uşağına yolun hərəkət hissəsini ehtiyyatla keçməyin yollarını öyrətməlidir.

Bu videodakı sürücü ani ehtiyatsızlıq etsəydi və ya başı nəyəsə qarışıq olsaydı 99 faiz uşağı vuraraq onun həyatına son qoyacaqdı. Sürücülərə də səslənrək bildiririk ki, avtomobili idarə edən zaman telefondan və ya fikri yayındıra biləcək digər işlərdən kənar dursunlar. Çünki bu ehtiyatsızlıq onların dəmir barmaqlıqlar arasında qalmasına səbəb ola bilər!

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh