Bu da "Audi Q8"-in - FOTOLARI

Avtobazar 20 Fevral 2017 01:59 Oxunub 2601
Bu da "Audi Q8"-in - FOTOLARI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Audi-dən böyük krossover

Audi şirkəti yeni konseptual krossover Q8-in sirrini açıb. Avtomobil Detroyt avtosalonunda debüt edəcək. Audi-nin mətbuat xidmətinin verdiyi məlumata görə, yenilik gələn il seriyalı versiya alacaq, 2019-cu ildə isə satışa çıxarılacaq. Avtosfer.az auto.az-a istinadən bildirir ki, Q8 səkkiz künclü böyük radiator barmaqlığı, böyük təkər arkaları, 23-düymlük disklər alıb. Avtomobilin uzunluğu 5 metri keçir, təkər bazası isə 3 metrə bərabərdir. Baqajın həcmi 630 litrdir.

Konsept hibrid güc qurğusu ilə hərəkətə gətirilir. Ona 3,0-litrlik benzin V6 turbomühərriki daxildir ki, o, elektrik aqreqatı və 8-pilləli avtomat sürət qutusu ilə hərəkətə gətirilir. Krossoverin gücü ümumilikdə 442 a.g.-dür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh