Sərnişin qatarı yük qatarı ilə toqquşdu - Yaralılar var  

Qəzalar 20 Fevral 2017 11:10 Oxunub 908
Sərnişin qatarı yük qatarı ilə toqquşdu - Yaralılar var   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşinist qadağanedici siqnalları düz yerinə yetirməyib

Hindistanın Uttar-Pradeş ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 3 nəfər xəsarət alıb. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, insident səhər saatlarında Tundla dərmir yolu stansiyasında baş verib. Dehli istiqamətində hərəkət edən sərnişin qatarı qarşı yolla gələn yük qatarı ilə toqquşub. Toqquşma nəticəsində sərnişin qatarının 2 vaqonu relslərdən çıxıb. İlkin məlumatlara görə, qəza yük qatarının maşinistinin günahı səbəbindən baş verib. Belə ki, maşinist qadağanedici siqnalları düz yerinə yetirməyib. Dəmir yolu xəttinə dəymiş ziyan və yoldakı problemin gündüz saatlarına qədər aradan qaldırılacağı və hərəkətin hər iki tərəfdə bərpa ediləcəyi bildirilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh