"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" tender elan edib

Gündəm 20 Fevral 2017 12:42 Oxunub 857
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" tender elan edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC təsərrüfat mallarının açıq müsabiqə üsulu ilə satınalınmasını elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə QSC-dən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 23 fevral 2017-ci il saat 17.00-dək təqdim etməlidirlər. Qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 27 fevral 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 28 fevral 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

 

Müsabiqədə iştirak etmək istəyənlər 100 manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh