Tükriyədə ağır yol qəzasında 5 azərbaycanlı öldü - VİDEO

Gündəm 20 Fevral 2017 14:28 Oxunub 3848
Tükriyədə ağır yol qəzasında 5 azərbaycanlı öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 26 Azərbaycan vətəndaşı yaralanıb

“İğdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”. Bunu Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.

*** 13:53

Qəza nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.  Bunu “Report”un Türkiyə bürosunun əməkdaşına Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alanların da sayı artıb. N.Quliyev qeyd edib ki, xəstəxanalara 20-dən çox yaralı yerləşdirilib. Hazırda xəstəxanada olduğunu deyən baş konsul bildirib ki, ölən və yaralananların sayı dəqiqləşdirilib. N.Quliyev vurğulayıb ki, ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları da var. Hazırda onların sayı və şəxsiyyətləri dəqiqləşdirilir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, qəza nəticəsində Azərbaycanın 26 vətəndaşı xəsarət alıb. 

*** 11:44

Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Bunu İğdır valisi Ahmet Turqay Alpman bildirib. Hadisə İğdır-Aralık avtomobil yolunda baş verib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh