Rustavi-Qırmızı Körpü avtomobil yolu təmir olunacaq

Yeniliklər 20 Fevral 2017 14:31 Oxunub 3974
Rustavi-Qırmızı Körpü avtomobil yolu təmir olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihələndirilmə işlərinin 17 ay davam edəcəyi gözlənilir

Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhədə qədər avtomobil yolu təmir olunacaq. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Rustavi-Qırmızı Körpü yolunun təmirinə 689 min dollar ayrılacaq. Uzunluğu 35 kilometr olan avtomobil yolunun təmiri Şərq-Qərb sürətli magistralın müasirləşdirilməsi layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə Dünya Bankı tərəfindən maliyyələşdirilir. Gürcüstan hökuməti paralel olaraq Rustavi-Sadaxlı yolunu təmir etməyi planlaşdırılır. Ermənistanla sərhədə qədər 40 kilometrlik yolun təmirinə təxminən 651 min dollar xərclənəcək.

 

Layihələndirilmə işlərinin 17 ay davam edəcəyi gözlənilir. Bundan sonra tender elan olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh