Dəmir yolu vağzalında ilk robot-polislər - FOTO

Texnologiya 20 Fevral 2017 21:00 Oxunub 1639
Dəmir yolu vağzalında ilk robot-polislər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Robot-polis artıq Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir

Çinin Henan əyalətinin dəmir yolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Avtosfer.az "azərtac"a istinadla xəbər verir ki, robot-polis artıq Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir. Təkərlər üzərində hərəkət edən robota sensorlar quraşdırılıb. Robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir. Qeyd edək ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində də çalışacaq.

http://interaztv.com/sites/default/files/robot31-1487577510.jpg

http://interaztv.com/sites/default/files/robot21-1487577510.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh