Ən təhlükəsiz nəqliyyat vasitələri - TOP ONLUQ

Avtodünya 20 Fevral 2017 19:00 Oxunub 7212
Ən təhlükəsiz nəqliyyat vasitələri - TOP ONLUQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siyahı 2016-2017-ci illər üzrə statistik məlumatlar əsasında hazırlanıb

İstər televiziya, istər elektron mətbuat hər gün avtomobil qəzaları, qatarların relsdən çıxması və toqquşması, təyyarə qəzası kimi faciəvi xəbərləri yayımlayır. Bir çox hallarda bu qəzalar insan ölümü ilə nəticələnir. Görəsən dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır? Avtosfer.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu gün ən təhlükəsiz 10 nəqliyyat vasitəsinin siyahısını təqdim edir. Siyahı 2016-2017-ci illər üzrə statistik məlumatlar əsasında hazırlanıb.

 

10. Moped və motosiklet - ən təhlükəli nəqliyyat vasitəsi

Statistika - 1.5 milyard kilometrə 125 ölüm

http://olke.az/uploads/images/16831542_1218642131546471_1630099808_n.jpg

Moped və motosikletləri ən təhlükəsiz nəqliyyat vasitəsi adlandırmaq olmaz. Yollarda motosiklet sayı ümumi nəqliyyat vasitələrinin cəmi 1 %-ini təşkil etsə də, qəzalarda sürücü ölümü 20 % təşkil edir.

9. Velosiped

Statistika - 1.5 milyard kilometrə 35 ölüm

http://olke.az/uploads/images/16901518_1218642114879806_238337319_n.jpg

Ən ekoloji və ən təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Velosipedçilərin ölümündə ən çox günahkar avtomobil sürücüləri olur.

8. Metro

Statistika - 1.5 milyard kilometrə 25 ölüm

http://olke.az/uploads/images/16900131_1218642111546473_1160146430_n.jpg

Metroda kütləvi hadisələr çox təhlükəlidir. Məsələn, vaqonun relsdən çıxması, yanğın, eskalatorda problem və qatarların toqquşması. Qapalı məkanda baş verən faciələr isə panikaya səbəb olur və qurbanların sayını artırır. Bakı metrosunda baş verən qəza və partlayışları yada salmaq kifayətdir.

7. Su nəqliyyat növü

Statistika - 1.5 milyard kilometrə 20 faciəvi hadisə

http://olke.az/uploads/images/16830537_1218642121546472_1771089207_n.jpg 

Bu gün su nəqliyyatı ilə səyahət etmək qədim dövrlərə nisbətən daha təhlükəsizdir. Bir çox hallarda gəmilərdəki ölüm göyərtədən dənizə yıxılmaq səbəbindən ortaya çıxır.

6. Kosmik gəmilər

Statistika - 1.5 milyard kilometrə 7 ölüm

http://olke.az/uploads/images/16831438_1218642094879808_1933179940_n.jpg 

Kosmik gəmidə uçmaq motosiklet sürməkdən ən azı 17 dəfə təhlükəsizdir. Kosmik tədqiqatların tarixində cəmi üç kosmik gəmi geri qayıtmayıb.

5. Mikroavtobuslar

Statistika - 1.5 milyard kilometrə 5 ölüm

http://olke.az/uploads/images/16900106_1218642128213138_2082886641_n(1).jpg

Əvvəllər Bakıda da mikroavtobuslar dəbdə olsa da, son bir neçə ildə onları iritutumlu avtobuslar əvəz edib. İndi mikroavtobuslar kənd və rayonlar arası səfər edir. Qəzaların əsas səbəbi sükan arxasına səriştəsiz sürücülərin keçməsidir.

4. Avtomobil

Statistika - 1.5 milyard kilometrə 4 ölüm

http://olke.az/uploads/images/16880060_1218642168213134_272038557_o.jpg

Dünya üzrə statistika belədir. Deyəsən sorğu və statistik rəqəmləri incələyəndə Azərbaycan və Türkiyə kimi dövlətlər nəzərə alınmayıb. Çünki həm Azərbaycanda, həm qonşu Türkiyədə avtomobil qəzalarının nə qədər can aldığı məlumdur.

3. Avtobus

Statistika - 1.5 milyard kilometrə 1 ölüm

http://olke.az/uploads/images/16839333_1218642071546477_1250339510_n.jpg

İri tutumlu avtobuslar əsasən peşəkar sürücülərə həvalə edildiyindən ən təhlükəsiz nəqliyyat vasitələri sırasında üçüncü pillədə qərarlaşıb. Rəqəmlər pis deyil.

2. Qatarlar

Statistika - 1.5 milyard kilometrə 0.2 ölüm

http://olke.az/uploads/images/16910566_1218642138213137_1657876_o.jpg

Dəmir yolu ilə səyahət ən təhlükəsiz nəqliyyat vasitələri arasında gümüş medalçıdır. Qərb ölkələrində dəmiryolu nəqliyyatı təhlükəsiz sayılsa da, Şərqdə, xüsusən də Hindistanda bunu demək bir az çətindir. "İnvestopedia" qurumunun hesablamalarına əsasən, bir insanın avtomobilə nisbətən qatarda sağ qalma şansı 1000 dəfə çoxdur.

1. Təyyarə

Statistika - Ölüm ehtimalı 1:8.000.000.0

http://olke.az/uploads/images/16830454_1218642118213139_763443018_n.jpg 

 

Bir neçə il ərzində təyyarələr ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilib. Bu il baş verən bir neçə təyyarə qəzası da bu nəqliyyat vasitəsini dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsi sıralamasında liderliyini qorumağa mane olmayıb. Qəzaya uğrayan təyyarədə sağ qalma şansı çox azdır. Amma statistikaya görə, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir. 1.5 milyard kilometrə 0.5 ölüm hadisəsi qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh