“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir - FOTO

Gündəm 20 Fevral 2017 19:03 Oxunub 1647
“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin  təyinatı dəyişdirilir. Avtosfer.az xəbər verir ki, səhmdar Cəmiyyətdən verilən məlumata görə, 1988-ci ildən fasiləsiz neft və neft məhsulları daşıyan gəmi əsaslı təmir və yenidənqurmadan sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək. Gəminin təmiri xüsusi layihə əsasında həyata keçirilir. Layihəyə əsasən “Şamaxı”da yeni təyinatlı sistemlər quraşdırılacaq, saatda 7 kubmetr məhsuldarlığa malik iki buxar qazanı qoyulacaq ki, bu da  tələbatı  tam ödəyə biləcək. Onun gövdə və sualtı hissələri də təmir olunacaq. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlərin yekununda “Şamaxı”nın rənglənməsi də nəzərdə tutulur. Stansiya hərəkətsiz qalmayacaq, zərurət yarananda başqa limanlarda gəmilərə operativ xidmət göstərmək üçün üzə biləcək. Yəni, baş mühərrikləri işlək vəziyyətə gətiriləcək.  Bu məqsədlə hazırda təmirlə paralel, sənədləşdirmə işləri də aparılır. Təmizləyici stansiyanın cari ilin iyulunda istifadəyə verilməsi planlaşdırılır. Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əvvəllər də təmizləyici stansiyası olub. Həmin gəmi istismar müddətini başa vurduğundan yenisinə ehtiyac yaranıb. Köhnə təmizləyici stansiyanın da üstündən birdəfəlik xətt çəkilməyəcək. Belə ki, onun gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh