Masallı-Yardımlı yolunda torpaq sürüşməsi
Gündəm
21 Fevral 2017 00:11
Oxunub 889
Qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb
İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, sürüşmə hadisəsi Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.
Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.
ŞƏRH YAZ