Bu gün ilk çərşənbədir

Gündəm 21 Fevral 2017 01:20 Oxunub 879
Bu gün ilk çərşənbədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər. Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir. Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 14-nə təsadüf edir. Bu il Azərbaycanda baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh