Hava limanında deputatdan 30 avro aldılar - Biabırçılıq

Yazarlar 21 Fevral 2017 02:14 Oxunub 12536
Hava limanında deputatdan 30 avro aldılar - Biabırçılıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fazil Mustafa: «Wizz.air» şirkətinin xanım əməkdaşı dedi ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın»

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazid Mustafa Heydər Əliyev Beynəlxalq Hava Limanında yaşanan hadisə ilə bağlı sosial şəbəkədə xəbər yayıb. Avtosfer.az-ın məlumatına görə, deputat bildirib ki, oğlunu Macarıstana yola salmq üçün bu gün sübh tezdən Heydər Əliyev Beynəlxalq Hava Limanında gedib. Oğlu «Wizz.air» şirkətinin təyyarəsi ilə uçmalı imiş: «Bileti 18 gün öncə almışdım və sərnişinin oturacq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, on-line qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib, Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, bu qaydanı bizim şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın. Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik." Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə, uçmayın!" Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsləni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh