Gəmidən 7 nəfər oğurlandı

Gündəm 21 Fevral 2017 11:14 Oxunub 921
Gəmidən 7 nəfər oğurlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
  Xilasetmə əməliyyatı zamanı 17 girov geri qaytarılıb

Filippinin Sahil Mühafizəsi ölkənin cənubunda, Sulu hövzəsində silahlı şəxslərin Vyetnam gəmisinə hücum etdiyini bildirib. Avtosfer.az "Report"a isitnadən xəbər verir ki, hücum nəticəsində 1 Vyetnam dənizçisi öldürülüb, daha 7 nəfər oğurlanıb. Filippinin Sahil Mühafizəsinin rəsmi təmsilçisi hücumun yerli vaxtla saat 19:00-da baş verdiyini bildirib. O, qeyd edib ki, hücum zamanı gəmidə 25 dənizçi olub. Xəbərdə bildirilir ki, Filippinin Sahil Mühafizəsi Vyetnamın Sahil Mühafizəsindən insident haqqında məlumat aldıqdan sonra əraziyə ölkənin Hərbi Dəniz Qüvvələri və polis göndərib.

 

Xilasetmə əməliyyatı zamanı girov götürülmüş 17 dənizçi geri qaytarılıb, 1 nəfər ölüb. Dənizçilərdən 7-i isə silahlılar tərəfindən girov götürülüb. İnsidentə görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh