Bu günə olan hava proqnozu AÇIQLANDI

Gündəm 22 Fevral 2017 00:20 Oxunub 942
Bu günə olan hava proqnozu AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava yağmursuz olacaq

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh