"DAF"dan görün nələr çıxdı - FOTOLAR

Gündəm 21 Fevral 2017 12:50 Oxunub 2290
"DAF"dan görün nələr çıxdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan vətəndaşının qanunsuz yolla ölkədən çıxarmaq istədiyi əntiq əşyalar saxlanılıb

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb. Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib. Həmin qutulara baxış nəticəsində isə külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh