Qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib - VİDEO

Qəzalar 21 Fevral 2017 15:18 Oxunub 972
Qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda iki yaralının vəziyyəti ağırdır

Türkiyənin İğdır vilayətindəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. Onun sözlərinə görə, bu gün onların meyiti ailələrinə təhvil verilərək Azərbaycana yola salınıb: "Ümumilikdə qəza nəticəsində 8 nəfər ölüb, onlardan  5-i Türkiyə vətəndaşıdır. Ölənlərdən 3 nəfəri isə Səmayə Cəfərova, Süleyman Əliyev və Fərhad Fərhadlı Azərbaycan vətəndaşlarıdır". Baş konsul deyib ki, hazırda iki yaralının vəziyyəti ağırdır: "Artıq xəsarət alanların əksəriyyəti evlərinə buraxılıb. Hazırda xəstəxanada 16-17 yaralı müalicə edilir". Xatırladaq ki, fevralın 20-də Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər ölüb, 26  nəfər isə yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh