Qaçırdığı avtomobillə qəza törədib - Bərdədə

Qəzalar 21 Fevral 2017 15:54 Oxunub 949
Qaçırdığı avtomobillə qəza törədib - Bərdədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Avtomobil qaçırmış Bərdə rayon sakini Nicat Məmmədzadə qəza nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, fevralın 20-də saat 13 radələrində Bərdə şəhərində şəhər sakini Fəxrəddin İbrahimovun "VAZ-21074" markalı avtomobili qaçırılıb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili rayon sakini Nicat Məmmədzadənin qaçırması, idarə edərkən onu ağaca vurması və nəticədə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. RPŞ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh