Göygöldə yol qəzası

Qəzalar 21 Fevral 2017 15:56 Oxunub 905
Göygöldə yol qəzası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir

Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisində yol qəzası baş verib. Eyni markalı “VAZ 21 07” markalı avtomobillər toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hər iki maşın yararsız vəziyyətə düşüb. Avtomobildə olan Şəmsəddin Qurbanov və Nafa Abbasova müxtəlif növ bədən xəsarətləri alıb. Onlar dərhal rayon xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh