Evdə xəstə yatan sürücü Salyanda radara düşüb - VİDEO

Xəbərlər 22 Fevral 2017 00:05 Oxunub 9385
Evdə xəstə yatan sürücü Salyanda radara düşüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Protokolun yazıldığı tarixdə o, ümumiyyətlə Salyan şossesində olmayıb

Sürücü evdə xəstə yatdığı bir vaxtda ona sürət həddini aşdığı barədə protokol yazılıb. Özü də ona göndərilən protokolda avtomobilin seriya nömrəsinin cəmi bir hərfi yazılıb. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Masallı rayonu Şərəfə kənd sakini Pərviz Əzizovun başına gəlib. Ona fevral ayının 2-də Salyan rayonu ərazisindən keçən magistral yolun 6 və 11-ci kilometrliklərində sürət həddini aşdığına görə 2 protokol gəlib. Protokolu bu gün səhər saatlarında əldə edən Pərviz Əzizov sənəddə qeyd olunan vaxtda həmin ərazidən keçmədiyini və üstəlik protokolda maşının seriya hərflərindən birinin ümumiyyətlə göstərilmədiyini görüb. Yəni protokolda şəkli olan qara rəngli Mercedes markalı avtomobilin nömrəsində rəqəmlər 99 və 144 görünsə də seriyasından yalnız ilk hərf, yəni “G” hərfi aydındır. Digər hərf isə silinmiş haldadır. 

Pərviz Əzizov deyir ki, protokolun yazıldığı tarixdə, o, ümumiyyətlə Salyan şossesində olmayıb. 

Pərviz Əzizov avtomobilin ona aid olmadığını iddia edərək yol polisindən həmin protokolların ləğv olunmasını xahiş edir. Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev həmin şəxsin məsələyə aydınlıq gətirmək üçün Lənkəran rayon Yol Polisinə müraciət etməli olduğunu bildirib. Onun sözlərinə görə, əgər hansısa yanlışlıq olubsa, araşdırma nəticəsində bəlli olacaq və lazımı addımlar atılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh