Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Qəzalar 22 Fevral 2017 01:30 Oxunub 868
Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan birinin vəziyyəti ağırdır

Axşam saatlarında Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü, Arif Qasımovun idarə etdiyi "VAZ -2106" markalı avtomobil qarşı tərəfdən gələn, Tovuz rayon sakini, 1990-ci il təvəllüdlü, Musa Nağıyevin idarə etdiyi "VAZ -2107" markalı avtomobil ilə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralılardan birinin vəziyyəti orta-ağırdır, digəri isə vəziyyəti pisləşdiyindən əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh