Bakının mərkəzində körpü uça bilər - FOTOLAR

Avtoxəbər 22 Fevral 2017 01:45 Oxunub 3092
Bakının mərkəzində körpü uça bilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sement daşıyan yük avtomobili körpüyə çırpılandan sonra bu hala düşüb

Mərkəzi Neftçilər Xəstəxanasından "28 May" küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib. AzadlıqRadiosu-nun ərazidə olan əməkdaşı bu haqda xəbər verib. Sözügedən körpü sovet dönəmində inşa olunub. Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb. Yaxınlıqda yaşayanların deməsinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib. “İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”, sakinlər deyiblər. Sakinlər üzərindən qatar yolu keçən körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər. Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.

Məsələyə əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh