Bu yol sahəsində traktoru ötmək olarmı? – DOĞRU CAVAB

Yarışma 22 Fevral 2017 08:21 Oxunub 6059
Bu yol sahəsində traktoru ötmək olarmı? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları və nişanlanma xətləri ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yol sahəsində traktoru ötmək olarmı?

a)  Olmaz, çünki yoldakı nişanlanma xətti yalnız sola və ya gedriyə dönməyə icazə verir;

b) Əgər traktor 30 km/saat-dan asta sürətlə gedirsə, olar;

c) Traktorun sürətindən asılı olmayaraq olar.

Sualın doğru cavabı belədir: Şəkildə 2 hərəkət zolağı olan yolun zolaqları arasında 1.11 nişanlanma xəttinin tətbiq edildiyi görünür. Bu isə həmin xəttin 1.1 nişanlanma xəttinin davamı kimi tətbiq edilməsi deməkdir. 1.1 (1.3 yox) nişanlanma xəttinin davamı kimi tətbiq edilən 1.11 nişanlanma xətti yalnız bir dərəfdən digərinə yerdəyişmə etməklə manevrlərə (o cümlədən ötməyə) icazə verilən yol sahələrində, məsələn, yoxuşdan və ya döngədən dərhal sonra tətbiq edilir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Traktorun sürətindən asılı olmayaraq bu yol sahəsində onu ötmək olar.

Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh