Sərxoş sürücü zəncirvari qəza törətdi, yaralılar var

Qəzalar 22 Fevral 2017 02:23 Oxunub 1124
Sərxoş sürücü zəncirvari qəza törətdi, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "014"ə çırpılıb

Bakı-Qazax magistral yolunda zəncirvari avtoqəza baş verib. Hadisə magistral yolun 392-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib. Belə ki, Şəmkir şəhər sakini, 1963-cü il təvəllüdlü Abbasəli Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Qalib Hüseynovun idarə etdiyi "VAZ-21014" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "VAZ-21014" markalı avtomobil hərəkətdə olan başqa bir "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ-21014"ün sürücüsü və A.Əhmədov yüngül xəsarət alıb, digər avtomobildə isə xəsarət alan olmayıb. 

Qəzaya A.Əhmədovun avtomobilini sərxoş halda idarə etməsinin səbəb olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

 

"Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh