Uşağı maşın vurdu

Qəzalar 22 Fevral 2017 03:33 Oxunub 842
Uşağı maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyətinin orta ağır olduğu bildirilir

Şəmkirdə 7 yaşlı oğlanı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 2010-cu il təvəllüdlü Zeynalov Hüseyn Nofəl oğlu yaşadığı evin yaxınlığındakı küçədə yolu keçərkən hələ ki, markası və sürücüsü məlum olmayan avtomobillə vurulub. Xəsarət alan azyaşlı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona qarının küt travması və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh