Zəncirvari yol qəzası: xəsarət alan var - Bakıda

Qəzalar 22 Fevral 2017 11:19 Oxunub 862
Zəncirvari yol qəzası: xəsarət alan var - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakının Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə prospektin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, Ələkbərov Orxan 10-ZM-494 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili yüksək sürətlə sürüb. İdarəetmədən çıxan "Nissan" yol kənarında hərəkətsiz dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Mercedes"dən çıxan ehtiyat hissələri "Toyoto" markalı avtomobilə çırpılıb. Nəticədə hər üç avtomobil yararsız hala düşüb. O.Ələkbərov ağır xəsarət alaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hadisənin baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər 3 avtomobil cərimə meydançasına aparılıb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh