DİN: "Polis polkovniki Emil Usubov İdarə rəisi təyin edilib"

Gündəm 22 Fevral 2017 20:54 Oxunub 2715
DİN: "Polis polkovniki Emil Usubov İdarə rəisi təyin edilib"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
General-mayor Sərvər Mehrəliyev təqaüdə göndərilib

Polis polkovniki Emil Usubov Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyev xidmət keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib. Bu vəzifəyə nazirin müvafiq əmri ilə həmin Baş İdarənin rəis müavini, polis polkovniki Emil Usubov təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh