Aeroportda terror aktına görə 3342 il həbs cəzası

Gündəm 22 Fevral 2017 21:05 Oxunub 1118
Aeroportda terror aktına görə 3342 il həbs cəzası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Terror aktı zamanı 45 nəfər ölüb, 200 nəfər isə yaralanıb

Türkiyədə 2016-cı ilin yayında İstanbul aeroportunda terror aktının təşkili və həyata keçirilməsində şübhəli bilinən 46 nəfərə dair ittiham hökmü çıxarılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə cinayətkarlara ümumilikdə 3342 il həbs cəzası vermək qərarına gəlib. Xatırladaq ki, terror akt 2016-cı ilin iyun ayının 28-də törədilib. Aeroportun giriş və çıxışında, eləcə də parkinqində partlayışlar olub. Terror aktı zamanı 45 nəfər ölüb, 200 nəfər isə yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh