Sərxoş halda tutulan sürücünün başına nələr gəldi? - VİDEO

Xəbərlər 22 Fevral 2017 23:57 Oxunub 7157
Sərxoş halda tutulan sürücünün başına nələr gəldi? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəriməsini ödəyib, amma sistemdən silinmədiyi üçün üzərinə faiz gəlib

Çingiz Cavadov adlı sürücü sərxoş şəkildə avtomobili idarə etdiyinə görə ona təyin edilmiş cəriməni ödəsə də, hələ də həmin məsələ qapanmayıb. Sonradan məlum olub ki, onun ödədiyi cərimə yol polisinin məlumat bazasından silinməyib. Hələ bu azmış kimi, 400 manatlıq cərimənin üzərinə faiz də gəlib. Avtosfer.az xəbər verir ki, sistemdə cərimənin ödənmədiyi görünsə də, sürücüdə ödənişi etdiyinə dair qəbz var və qəbz bankın xəzinədarı tərəfindən təsdiq edilib. Cərimə sistemdə ödənməmiş göründüyü üçün hər dəfə yol polisləri maşını saxlayaraq duracağa qoyurlar. 

Məsələ ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, cərimənin ödənildiyi bank və yol polisinin məlumat bazasının inteqrasiyasında müəyyən texniki problem ola bilər və nəticədə cərimə ödənilməmiş kimi qeyd edilib. Amma sürücü ödəniş qəbzini təqdim edərsə, sistemdəki problem aradan qaldırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh