Bəzi avtomobil təmiri sexlərindəki qaldırıcılar təhlükəlidir - VİDEO

Avtoxəbər 23 Fevral 2017 00:02 Oxunub 1286
Bəzi avtomobil təmiri sexlərindəki qaldırıcılar təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaldırıcılar keyfiyyətsiz olduğu üçün 1,5 tondan artıq avtomobilləri saxlaya bilmir

Bəzi avtomobil təmiri sexlərindəki qaldırıcılar təhlükə yaradır. Ustaların sözlərinə görə, bəzi Çin istehsalı olan qaldırıcılar keyfiyyətsiz olduğu üçün 1,5 tondan artıq avtomobilləri saxlaya bilmir. Bu halda həm avtomobil zədələnə, həm də təmir edən şəxsin üzərinə düşə bilər. Ustalar deyirlər ki, bu qurğuları satan firmanın öz mütəxəssisləri tərəfindən quraşdırılır və ildə 1 dəfə baxış keçirilir. İstifadəçilər özləri də vaxtlı-vaxtında qulluq göstərirlər ki, sıradan çıxmasın. 

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, bu qurğuların quraşdırılması üçün həmin qurumdan xüsususi sertifikat alınmalıdır. Həmçinin də nazirliyin əməkdaşları təmir sexlərinə ildə ən azı 2 dəfə baxış keçirir. 

Bəzilərinin rəsmi sənədi olsa da, avtoqaldırıcını sertifikatsız işlədən ustalar da var. 

Ustalar məsləhət görürlər ki, sürücülər müraciət zamanı sertifikat tələb etsinlər və avtomobillərin Çin istehsalı olan keyfiyyətsiz qurğularla qaldırılmasına icazə verməsinlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh