Avtobuslar bir yerdən hərəkət edəcək - Lökbatan dairəsində - VİDEO

Yeniliklər 23 Fevral 2017 00:03 Oxunub 1412
Avtobuslar bir yerdən hərəkət edəcək - Lökbatan dairəsində - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ərazidə yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb

Paytaxtın cənub girişi, Lökbatan dairəsinin yaxınlığındakı xaotik hərəkətə son qoyacaq layihə həyata keçirilir. Avtosfer.az bildirir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən bu ərazidə yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb. Dairənin yaxınlığından qəsəbələrə hərəkət edən avtobuslar artıq bir mərkəzdə toplaşır. Yeni mərkəzə 70-80 avtobusun sərnişin düşürüb və götürməsi mümkündür. Bunun üçün ərazidə 5 dayacaq quraşdırlıb. 

Hazırda Lökbatan dairəsinin yaxınlığından keçən avtobuslar bu ərazidə dayanır. Müxtəlif rayonlara sərnişin daşıyan sürücülər də ayrıca yer olmadığından avtomobilləri həmin ərazidə necə gəldi saxlayır. 

Bakı Nəqliyyat Agentliyi həmçinin taksilər üçün də yer ayıracaq. Növbəti mərhələdə Beynəlxalq Avtovağzal kompleksi və Dərnəgül metrostansiyasının yanında da belə mübadilə mərkəzlərinin yaradılması planlaşdırılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh