57 yaşlı jurnalist qadını avtomobil vuraraq öldürdü - Lənkəranda

Qəzalar 23 Fevral 2017 00:32 Oxunub 1202
57 yaşlı jurnalist qadını avtomobil vuraraq öldürdü - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın başvermə şəraiti və sürücünün kimliyi məlum deyil

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Hələlik qəzanın başvermə şəraiti və sürücünün kimliyi məlum deyil. Yaralı Dəstəgül Əzəmət qızı Şəmiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

57 yaşlı mərhumun üzərindəki sənəddə onun əslən Şamaxı rayonundan olduğu, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq qəsəbəsində yaşadığı məlum olub. Qadının jurnalist olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh