Tanınmış avtomobil ustası özünü maşına bağlayıb yol polisinə etiraz etdi - FOTO

Yazarlar 23 Fevral 2017 01:27 Oxunub 29995
Tanınmış avtomobil ustası özünü maşına bağlayıb yol polisinə etiraz etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahil usta: «Yol polisinin tələblərini yerinə yetirməli olsaq kəməri bu cür bağlamalıyıq»

Tanınmış avtomobil ustası Sahil usta yol polisinə etiraz olaraq avtomobilə əyləşərək özünü bir neçə dəfə kəmərlə bağlayıb. O qeyd edib ki, DYP-nin irəli sürdüyü tələblərdən sonra sərnişinlər təxminən özlərini təhlükəsizlik kəməri ilə bu cür bağlamalıdırlar. Bununla bağlı fotosunu sosial şəbəkələrdə paylaşan Sahil usta Avtosfer.az-a bildirib ki, uşaqların boy və çəki məsələsi mütləq nəzərə alınmalıdır: «Mən 11 yaşlı uşağın videosunu da yayacam. Baxsınlar görək, o uşağı qabaq oturacaqda kresloda necə oturtmaq olar. Uşaq təxminən 16-17 yaşlı yeniyetmə kimi görünür. Onu kresloya necə yerləşdirmək olar? Amma qabaq oturacaqda oturub kəməri bağlasa heç böyüklərdən fərqlənməyəcək».

Qeyd edək ki, müxtəlif dövlətlərdə təhlükəsizlik kəməri və uşaqların xüsusi kresloda əyləşdirilməsi qaydaları tətbiq olunarkən uşaqların boy və çəki məsələsinə də diqqət yetirilir. Çünki elə ola bilər ki, 12 yaşda uşaq çox zəif inkşişf etmiş olar və qabaq oturacaqda oturaraq kəmər taxarsa hadisə zamanı boğula və ya sümükləri qırıla bilər. Eyni zamanda, yaşından böyük görünən uşaqların xüsusi kresloda əyləşdirilməsi də mümkünsüz ola bilər. Çünki o kreslolar normadan artıq çəkidə olan uşaqları saxlaya bilmir.

Bundan əlavə, bəzi avtomobillərin arxa oturacaqlarında 2 sərnişin üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. O zaman üçüncü sərnişin ya kəmərsiz getməlidir, ya maşına minməməlidir, ya da Sahil ustanın paylaşdığı fotodakı kimi, əlavə bir kəmər tapıb özünü bağlamalıdır…

Azərbaycan qanunvericliyində bu cür məsələlər hələ də açıq qaldığı üçün zaman-zaman ziddiyətli məsələlər ortaya çıxır.

Sahil ustanın dediklərində müəyyən həqiqətlər var və bu baxımdan onun paylaşdığı maraqlı fotonu təqdim edirik. Ümumilikdə isə təhlükəsizlik kəmərindən istifadə zəruridir və qanunun tələblərindən kənara çıxmaq olmaz.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Rehim 28 Fevral 2019 23:24
Salam sahil usta sizin unvan harda yerlesir