Arizonada pilotsuz taksi işə başladı 

Avtodünya 23 Fevral 2017 09:21 Oxunub 1350
Arizonada pilotsuz taksi işə başladı 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Uber” xidmətinin pilotsuz taksisinin işii sınaqdan keçirilib

ABŞ-ın Arizona ştatının Tempe şəhərinin sakinləri “Uber” xidmətinin pilotsuz taksisinin işini sınaqdan keçirməyə başlayıblar. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumata görə, bununla bağlı müvafiq məlumatı Qərbin ixtisaslaşmış kütləvi informasiya vasitələrində dərc edilib. Açıqlanan məlumatlara əsasən, pilotsuz texnologiya hazırda sınaq mərhələsindədir, yol boyu müştəriləri onların təhlükəsizliyinə cavabdeh olan “Uber”in iki mühəndisi müşayiət edir. Təhlükəli vəziyyət yarandığı halda? şirkət əməkdaşları avtomobilin idarəetməsini öz üzərl'rinə götürəcəklər. 

Ən yaxın zamanlarda “Uber” pilotsuz taksiləri Arizonanın digər şəhərlərində də mövcud olacaq. Söz düşmüşkən, bu cür miqyaslı sınaqlar ştatın qubernatoru Daq Dyuqsinin razılığı əsasında həyata keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh